"Real"ın yarımmüdafiəçisi Orelyen Tçuameni Madrid təmsilçisinin Dortmund "Borussiya"sı ilə Çempionlar Liqasının final matçını buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Xəbərə görə, fransız futbolçuya sol ayağının "stress zədəsi" diaqnozu qoyulub. Tçuameni "Bayern"lə Çempionlar Liqasının yarımfinalının cavab oyununda (2:1) zədə alıb.
Fransız futbolçunun Çempionlar Liqasının finalına qədər sağalmayacağı məlum olub. O, hazırda bütün diqqətini AÇ-2024-ün startına qədər bərpa olunmağa cəmləyib. Tçuameni Fransa millisinin qitə çempionatı üçün heyətinə daxil edilib.
Qeyd edək ki, "Borussiya Dortmund" - "Real Madrid" finalı iyunun 1-də Londonun "Uembli" stadionunda keçiriləcək və saaat 23:00-da başlayacaq.