"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasını qazanmalarını şərh edib.
Fanat.Az xəbər verir ki, "TNT Sports" ötən gecə ÇL-in finalında "Borussiya Dortmund"a qalib gələn (2:0) "Real"ın italyan çalışdırıcısının dediklərini belə çatdırıb:
“Yenidən kuboku əldə etməyimiz klubun tarixi və ənənələri, oyunçuların ustalığı ilə bağlıdır. Bu klub bir ailədir, problemsiz işləyirik. Soyunub-geyinmə otağında yaxşı ab-hava var. Futbolçulara təşəkkür etməliyəm, burada böyük eqolar yoxdur, onlar çox təvazökardırlar. Bu mövsüm komandanı idarə etmək çətin olmadı. Bu axşam qələbəni necə qeyd edəcəyimizi bilmirəm, amma qətiyyən yatmayacağıq".
Xatırladaq ki, Ançelotti məşqçilik karyerasında beşinci Çempionlar Liqası kubokunu qazanıb.
Mirağa