UEFA Çempionlar Liqasında bu mövsümün ən yaxşı oyunçusunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, “Real”ın hücumçusu Vinisius Junior mövsümün ən yaxşısı olub.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
✨🇧🇷 Vinícius Júnior is the 2023/24 #UCL Player of the Season 🙌#UCLfinal
— UEFA Champions League (@ChampionsLeague) June 3, 2024
23 yaşlı futbolçu bu mövsüm sözgedən turnirdə 10 oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Vinisius Çempionlar Liqasının finalında "Borussiya Dortmund"a (2:0) ikinci qolun müəllifi olub.
Braziliyalı 2018-ci ildən Madrid klubunda çıxış edir. O, iki dəfə Çempionlar Liqasının çempionu adını qazanıb.