Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da yeni mövsümdə ilk rəsmi matçına çıxıb.
Qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan Ağdam təmsilçisi ilk sınağında Cəbəllüttariq çempionu “Linkoln”un qonağı olub. Bakı vaxtı ilə saat 20:00-da başlayan matç Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, “Qarabağ” ÇL-in ötən mövsümündə də bu komanda ilə üz-üzə gəlmiş, səfərdə 2:1, evdə isə 4:0 hesabıyla qalib gələrək mərhələ adlamışdı.
Bu komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
"Qarabağ" "Linkoln" səddini keçəcəyi halda, ÇL-in 3-cü təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunu
23 iyul
“Linkoln” – “Qarabağ” 0:2
Qollar: Juninyo, 45+2. Toral Bayramov, 75.
Hakimlər: İştvan Vad, Vencel Tot, İştvan Albert, Bence Csonka (hamısı Macarıstan).
“Europa Point Stadium”.
"Linkoln": 1. Nauset Santana, 6. Bernardo Lopes, 10. Andre Tjey de Barr, 11. Culian Valerino, 15. Rafael Munyos, 18. Toni, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent
Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas
"Qarabağ": 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo
Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica