Bu həftə UEFA bayrağı altında keçiriləcək bütün oyunlar sükutla başlayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın mətbuat xidməti yayıb.
Səbəb isveçli tanınmış futbol məşqçisi Sven-Yoran Erikssonun vəfatıdır. Bu səbəbdən bütün matçlarda bir dəqiqəlik sükut elan olunacaq.
Qeyd edək ki, bu həftə Azərbaycan təmsilçiləri “Qarabağ” və “Zirə” də avrokuboklarda cavab oyunlarına çıxacaqlar. Ağdam klubu avqustun 28-də Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo Zaqreb" komandasını qəbul edəcək. Bir gün sonra isə “Zirə” meydana çıxacaq. “Qartallar” “Omoniya” ilə qarşılaşacaq.