Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin püşkü atılacaq.
Fanat.Az xəbər verir ki, ilk dəfə yeni formatda keçiriləcək turnirin püşkatması Monakoda təşkil olunacaq.
Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Turnirdə 36 komanda iştirak edəcək. Onlar püşkatmada qruplara bölünməyəcək, liqa şəklində yarışacaqlar. Hər komanda üçün 8 rəqib seçiləcək. İştirakçıların hər biri 4 oyununu səfərdə, 4-nü evdə keçirəcəklər. Liqa mərhələsi sentyabrda başlayıb həmişəki kimi dekabrda deyil, gələn ilin yanvarında bitəcək.
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” Zaqreb “Dinamo”suna hər iki oyunda (0:3, 0:2) uduzduqdan sonra ölkəmizin bu turnirdə təmsilçisi olmayacaq.
Püşkdən öncə klublar hərəsində 9 komanda olmaqla 4 səbətə bölünüb:
1-ci səbət
“Real” M (İspaniya)
“Mançester Siti” (İngiltərə)
“Bayern Münhen” (Almaniya)
PSJ (Fransa)
“Liverpul” (İngiltərə)
“İnter” (İtaliya)
“Borussiya” D (Almaniya)
“Leypsiq” (Almaniya)
“Barselona” (İspaniya)
2-ci səbət
“Bayer” L (Almaniya)
“Atletiko” M (İspaniya)
“Atalanta” (İtaliya)
“Yuventus” (İtaliya)
“Benfika” (Portuqaliya)
“Arsenal” (İngiltərə)
“Brügge” (Belçika)
“Şaxtyor” D (Ukrayna)
“Milan” (İtaliya)
3-cü səbət
“Feyenoord” (Niderland)
“Sportinq” (Portuqaliya)
PSV (Niderland)
“Dinamo” Z (Xorvatiya)
“Zalsburq” (Avstriya)
“Lill” (Fransa)
“Srvena Zvezda” (Serbiya)
“Yanq Boyz” (İsveçrə)
“Seltik” (Şotlandiya)
4-cü səbət
“Slovan” (Slovakiya)
“Monako” (Fransa)
“Sparta” (Çexiya)
“Aston Villa” (İngiltərə)
“Boloniya” (İtaliya)
“Jirona” (İspaniya)
“Ştutqart” (Almaniya)
“Şturm” (Avstriya)
“Brest” (Fransa)