Bu gün UEFA Çempionlar Liqasının İlk dəfə 36 komandanın iştirakı ilə keçiriləcək Liqa mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Fransanın Monako şəhərində baş tutan tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə edilib. Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkilib, daha sonra kompüter komandaların 8 rəqibini müəyyənləşdirib. Püşkatmanın uzun zaman aparmamasına görə belə üsuldan istifadə olunub.
Püşkü əfsanəvi futbolçular - Canluici Buffon və Kriştianu Ronaldu çəkiblər.
36 komandaların hər birinin rəqibi hər səbətdən çıxan 2 kollektiv olub. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.
ÇL-də Liqa mərhələsi sentyabrın 15-də başlanacaq, 2025-ci ilin yanvarın 25-də isə yekunlaşacaq. 1-8-ci yeri tutanlar 1/8 finala yüksələcək, 9-24-cü yeri tutanlar isə 1/8 finala çıxmaq üçün 2 matçdan ibarət pley-off matçlarında güclərini sınayacaqlar. 24-36-cı yeri tutanlar avrokuboklarda mübarizəni başa vuracaqlar.
Oyunların dəqiq təqvimi isə avqustun 31-də açıqlanacaq.
Püşkatmanın nəticəsi belə olub: