"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin 1-ci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə üz-üzə gələcək.
Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, 2-ci qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
2-ci qrup
4 sentyabr
18.00. Sankt-Pelten (Avstriya) - Neftçi (AZƏRBAYCAN)
Hakimlər: Yelena Kumer, Sanya Rojak-Karşiç (hər ikisi Xorvatiya), Françeska Di Monte, Mariya Marotta (hər ikisi İtaliya).
Gürcüstan. Tsxaltubo İdman Mərkəzi.