Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turu start götürüb.
Fanat.Az xəbər verir ki, yeni formatda keçirilən turnirin əsas mərhələsinin açılış günündə 6 oyun olub.
“Yuventus” evdə PSV-ni inamla yenibsə, “Aston Villa” səfərdə “Yanq Boyz”un qapısından 3 cavabsız top keçirib.
“Liverpul” qonaq qismində “Milan”ı üstələyib. “Bayern Münhen” “Qarabağ”ı ÇL-in pley-offunda mübarizədən kənarlaşdırmış “Dinamo”nu (Zaqreb) darmadağın edib. “Real Madrid” “Ştuttqart”, “Sportinq” “Lill"i evə məğlub göndərib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
17 sentyabr
Yuventus (İtaliya) – PSV (Niderland) 3:1
Qollar: Kenan Yıldız, 21. Makkeni, 27. Gonzales, 52 - Saibari, 90+3
Yanq Boyz (İsveçrə) – Aston Villa (İngiltərə) 0:3
Qollar: Tilemans, 27. Remsi, 38. Onana, 86
Milan (İtaliya) – Liverpul (İngiltərə) 1:3
Qollar: Pulişiç, 3 - Konate, 23. Van Deyk, 41. Soboslai, 67
Bayern Münhen (Almaniya) – Dinamo (Zaqreb, Xorvatiya) 9:2
Qollar: Keyn, 20-pen; 57; 73-pen; 78-pen. Gerreyro, 34. Olise, 38; 61. Zane, 85. Qoretska, 90+2 - Petkoviç, 49. Ogivara, 50
Real Madrid (İspaniya) – Ştutqart (Almaniya) 3:1
Qollar: Mbappe, 46. Rüdiger, 83. Endrik, 90+5 - Undav, 68
Sportinq (Portuqaliya) – Lill (Fransa) 2:0
Qollar: Qyökeres, 38. Debast, 65