UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına dörd namizədin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onlardan 3-ü Almaniya Bundesliqasının təmsilçisidir.
Söhbət Zaqreb “Dinamo”su ilə oyunda poker edən “Bayern Münhen”in hücumçusu Harri Keyn, “Feyenoord”la matçda dubla imza atan “Bayer”in yarımmüdafiəçisi Florian Virts və “Brügge”yə iki qol vuran “Borussiya Dortmund”un cinah oyunçusu Ceymi Bayno-Qittensdən gedir.
Dördüncü namizəd "Leyptsiq"lə görüşdə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmandır.