"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virts Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb.
Azarkeşlər arasında keçirilən səsvermədə alman futbolçu "Bayern Münhen"in hücumçusu Harri Keyni, "Borussiya Dortmund"un yarımmüdafiəçisi Ceymi Baynov-Gittensi və "Atletiko Madrid"in forvardı Antuan Qrizmannı qabaqlayıb.
Xatırladaq ki, "Bayer Leverkuzen" səfərdə "Feyenoord"u məğlub edib (4:0), Virts bu görüşdə dubla imza atıb.