UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçirilən “Bayern Münhen” – “Benfika” oyununda üzücü hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, matçın gedişində tribunada halı pisləşən bir alman azarkeş dünyasını dəyişib.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Bildirilib ki, matçın 3-cü dəqiqəsində həkimlərin müdaxiləsindən sonra azarkeş xəstəxanaya yola salınıb. Ancaq o, yolda vəfat edib. Bundan xəbər tutan "Bayern" azarkeşləri matçı sükut içində izləyiblər. Onlar yalnız oyunun 67-ci dəqiqəsində Camal Musialanın vurduğu qol zamanı komandalarını alqışlayıblar.
Xarırladaq ki, “Bayern” “Benfika”nı 1:0 hesabı ilə məğlub edib.