Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün 9 görüş reallaşıb.
Daha erkən başlayan matçlardan biri Serbiyada oynanılıb. Yerli "Srvena Zvezda" "Ştutqart"ı hesabı açdığına peşman edib 5:1. Bu qarşılaşma ilə paralel keçirilən digər oyunda "Şturm" Avstriyada "Jirona"nı yenib.
Günün mərkəzi qarşılaşması İngiltərədə keçirilib. “Liverpul” “Real Madrid”i qəbul edib. Oyun meydan sahiblərinin inamlı qələbəsi ilə bitib.
“Aston Villa” və “Yuventus” qolsuz heç-heçə ediblərsə, Dortmund “Borussiya”sı Zaqrebdə "Dinamo"nu böyük hesabla üstələyib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
27 noyabr
“Srvena Zvezda” (Serbiya) – “Ştutqart” (Almaniya) 5:1
Qollar: Silas, 12. Kruniç, 31. İvaniç, 65. Radonyiç, 69; 88 – Demiroviç, 5.
“Şturm” (Avstriya) – “Jirona" (İspaniya) 1:0
Qol: Bieret, 59.
“Liverpul” (İngiltərə) – “Real” (İspaniya) 2:0
Qollar: Makallister, 52. Qakpo, 77.
PSV (Niderland) – “Şaxtyor" (Donetsk, Ukrayna) 3:2
Qollar: Tillman, 87; 90. Pepi, 90+5 – Sikan, 8. Zubkov, 37.
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Borussiya” (Dortmund, Almaniya) 0:3
Qollar: Gittens, 41. Bensebaini, 56. Girassi, 90.
"Seltik" (Şotlandiya) – "Brügge" (Belçika) 1:1
Qollar: Maeda, 60 – Karter, 26-öz qapısına.
“Monako” (Fransa) – “Benfika” (Portuqaliya) 2:3
Qollar: Ben Seqir, 13. Maqassa, 67 – Pavlidis, 48. Kabral, 84. Amduni, 88.
“Aston Villa" (İngiltərə) – “Yuventus” (İtaliya) 0:0
“Bolonya” (İtaliya) – “Lill” (Fransa) 1:2
Qollar: Lukumi, 63 – Mukau, 44; 66.