CONCACAF Çempionlar Liqasının oyunundan sonra "İnter Mayami"nin superulduzu Lionel Messidən avtoqraf istəyən hakim Marko Antonio Ortis Nava 6 ay müddətinə diskvalifikasiya edilib.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
CONCACAF-ın bayrağı altında keçirilən oyunlardan kənarlaşdırılan ədalət təmsilçisi Meksika çempionatının matçlarını idarə edə bilər.
Xatırladaq ki, 38 yaşlı referi ABŞ-nin digər təmsilçisi "Sportinq Kanzas Siti" ilə matçın ardından Messiyə yaxınlaşıb və ondan avtoqraf istəyib.