İtaliya futbolunun canlı əfsanəsi Françesko Totti maraqlı açıqlama ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, onun sözlərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Mən indi oynasaydım, dünyanın ən yaxşı futbolçusu olardım. Hazırda Avropada ən yaxşı formasında olan Tottidən daha güclü oyunçu görmürəm".
Xatırladaq ki, "Roma"nın sabiq kapitanı futbolçu karyerasını 2017-ci ildə bitirib. Yalnız "canavarlar"ın formasını geyinən Françesko paytaxt komandasında 785 matça çıxaraq 307 qol və 205 məhsuldar ötürmə ilə yadda qalıb. O, Roma təmsilçisinin sıralarında 2 dəfə İtaliya çempionatının, İtaliya Kubokunun və 2 dəfə ölkə Superkubokunun qalibi olub.
Nihat