
Azərbaycan çempionu “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasında Portuqaliyanın “Benfika” klubu ilə oyuna ciddi itkilərlə çıxacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, təmsilçimiz 1/8 final çərçivəsində Bakıdakı ilk matçda 3 oyunçusunun xidmətindən yararlana bilməyəcək.
Valerio Giovanny, Aleks Teyxeyra və Karlos Bertuola sarı vərəqə cəzalısıdır.
Komandalar arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək.
Qeyd edək ki, turnir hazırkı formatda ilk dəfə təşkil olunub. Buna qədər əsas mərhələdən sonra elit-raud keçirilirdi.
Mirağa