
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, raundun ikinci oyun günündə 4 görüş baş tutub.
Azərbaycan çempionu Rumıniyada İsrailin "Hapoel Beer-Şeva" kollektivi ilə qarşılaşıbsa, "NEC Niymegen" "Budyo-Qlimt"i, "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duranın formasını geyindiyi "Seltik" Avstriya LASK-ını, "Slovan" isə "Selye"ni sınağa çəkib.
Qeyd edək ki, "Hapoel Beer-Şeva" – "Sabah" matçı Buxarestdə “Rapid Arena”da baş tutub. Qarşılaşmanı italiyalı Davide Massa idarə edib. Tərəflər arasında cavab oyunu gələn həftə Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
19 avqust
NEC Niymegen (Niderland) – Budyo-Qlimt (Norveç) 1:3
"Seltik" (Şotlandiya) – LASK (Avstriya) 3:0
Hapoel Beer-Şeva (İsrail) – Sabah (Azərbaycan) 2:1
Slovan (Slovakiya) – Selye (Sloveniya) 1:1