Bu gecə Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Lissabondakı "Eştadiu da Luş" stadionunda "Barselona” "Bavariya" ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 23:00-da başlayacan oyunu Sloveniya Futbol Federasiyasından Damir Skomina idarə edib.
10 qolun qeydə alındığı matçda "Barselona" biabırçı hesabla məğlub olub. Nəticədə "Bavariya" yarımfinala yüksəlibsə, Kataloniya təmsilçisi turnirlə vidalaşıb.
Cütün qalibi yarımfinalda "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) duelinin qalibi ilə oynayacaq.
Qeyd edək ki, daha öncə PSJ və "Layptsiq" yarımfinala yüksəlib.
Çempionlar Liqasında 1/4 final mərhələsi
14 avqust
"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) 8:2
Qollar: Alaba, 7-öz qapısına. Suares, 57 – Müller, 4; 31. Perişiç, 22. Qnabri, 28. Kimmix, 63. Levandovski, 82. Koutinyo, 85; 89.
Baş hakim: Damir Skomina
Portuqaliya, Lissabon. "Eştadiu da Luş” stadionu
Fanat.az