Finaldan sonra Parisdə iğtişaşlar: Polis gözyaşardıcı qaz sıxdı, 148 nəfər saxlanıldı - VİDEO
Çempionlar Liqasının finalında PSJ-nin "Bavariya”ya 0:1 hesabı ilə məğlub olmasından sonra Parisdə azarkeşlərin iştirak etdiyi iğtişaşlara görə azı 148 nəfər saxlanılıb.
Fanat.Az xəbər verir ki, polis etirazçıları zorakılıq hərəkətlərinə görə saxladıqlarını açıqlayıb. Bundan əlavə, 404 nəfər tibbi maska taxmadığı üçün cərimələnib.
Ötən gecə baş verən hadisə zamanı polis azarkeşləri dağıtmaq üçün Yelisey meydanında gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.
Qeyd edək ki, "Bavariya"nın qələbə qolunu PSJ-nin öz yetirməsi Kinqsli Koman vurub.