Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, bir oyundan ibarət olacaq mərhələnin matçları iki gündə keçiriləcək.
İlk oyun günündə iki görüş reallaşıb. Türkiyə təmsilçisi "Beşiktaş” Yunanıstan PAOK-uyla qarşılaşıb. Yunanlara yenilən "qartallar" mübarizəni Avropa Liqasında davam etdirəcək.
Günün digər matçında səfərdə "Tirana”nı məğlub edən "Srvena Zvezda”, PAOK-la birgə ÇL-in 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
25 avqust
Tirana (Albaniya) – Srvena Zvezda (Serbiya) 0:1
Qol: Tomane, 62.
PAOK (Yunanıstan) – Beşiktaş (Türkiyə) 3:1
Qollar: Tzolis, 7; 24. Pelkas, 30 – Larin, 37.
Fanat.Az