UEFA Çempionlar Liqasının II təsnifat məhələsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) matçının hakimləri dəyişdirilib.
Fanat.Az xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Mikola Balakinə, yan xətt hakimləri Viktor Matyaş və Sergey Pristupa idarə edəcək.
Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.
Fanat.Az