10:54 26.08.2020 1323

"Qarabağ” hərtərəfli güclü komandadır" - "Şerif"in baş məşqçisi

"Bu gün Bakıda olmaqdan şadıq”.
 
Fanat.Az xəbər verir ki, "Şerif”in baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

46 yaşlı xorvatiyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən mətbuat konfransında "Qarabağ"la görüş barədə fikirlərini bölüşüb: "Qarabağ” cütün favoritidir. Rəqib artıq neçə mövsümdür avrokuboklarda daimi çıxış edir. "Qarabağ”ı Zaqreb "Dinamo”su ilə müqayisə edə bilərəm. Eyni səviyyəli komandalardır. Qurban Qurbanov artıq 12 ildir bu komandanın sükanı arxasındadır. Ümid edirəm ki, 3-cü duel bizim üçün üçün uğurlu olacaq”.

- "Sileks”in baş məşqçisi bildirmişdi ki, əvvəlki "Qarabağ”ı meydanda görə bilmədi. Siz həmin oyunu izləmisinizmi və o fikirlərlə razısınızmı?
 
- Əlbəttə ki, izləmişəm. Keyfiyyətli komanda, güclü məşqçi olanda yaxşı çıxış edir. "Qarabağ” da uzun müddət oynamasa da, yüksək keyfiyyətə malikdir. Rəqibin üstün cəhətlərini indi demək istəmirəm.

- Oyunun azarkeşsiz olmasını sizin üçün üstünlük saymaq olar?
 
- Azarkeşsiz oynamaq oyuna təsir edir. Futbol azarkeş üçün oynanılır və belədə ab-hava başqa cür olur. Bizim komanda uzun müddətdir Tiraspolda karantin şəraitində məşq edir. "Qarabağ” isə ev sahibidir. Azarkeşsiz oynamaq isə elə təəssürat yaradır ki, evində mebelsiz qonaq qəbul edirsən. Təbii ki, bu, bizim üstünlüyümüzdür. Meydançanın durumu təəssüf ki, Çempionlar Liqası səviyyəsinə uyğun deyil.

- Rəqibin heyətində ən çox çəkindiyiniz futbolçu kimdir?
 
- "Qarabağ” şübhəsiz, hərtərəfli güclü komandadır. Ən böyük üstünlükləri baş məşqçinin heyətdə böyük dəyişikliklər etməməsidir. Bu da komandanın oyununu avtomatikləşdirir. Matiç, Ozobiç, sol cinah müdafiəçisi, həmçinin sağ və sol cinah oyunçularını fərqləndirə bilərəm. Ən çox Qara Qarayevi qeyd edə bilərəm. Onun oyununu çox bəyənirəm. Təəssüf ki, o, bizdə deyil.

- Cütün taleyini bir oyun həll edəcək. Bunu 90 dəqiqədə həll etmək mümkün olacaq?
 
- Meydanda tək biz olmayacağıq. Hər şey bizim əlimizdə deyil. "Qarabağ” haqda mediada o qədər yazırlar ki, bizim meydana çıxmağımıza ehtiyac qalmır.

- Sizin sərəncamınızda "Qarabağ”ı yaxşı tanıyan Riçard Qadze var. Ondan necə yararlanmağı düşünürsünüz?
 
- Bu, oyunun gedişindən asılıdır. Biz bütün komanda ilə oyuna hazırlaşırıq və matçın gedişində dəyişikliklər edə bilərik.
 
Fanat.Az Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X