Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Norveç "Mölde"sinin baş məşqçisi Erlinq Moe püşkü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis neytral meydanda oynamalarının komandası üçün müsbət hal olacağını bildirib.
"Oyunumuzun neytral meydanda təşkil ediləcəyinə ümidvaram. O halda biz bərabər şərtlər altında olacağıq. İstənilən halda, rəqib meydanında oynamamaq böyük üstünlükdür", deyə Moe qeyd edib.
Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Mölde" matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Lakin "MÖlde" rəhbərliyi Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək, matçın neytral ölkədə təşkilini təklif edib. "Qarabağ" klubu bununla razılaşmayıb. Yekun qərarı UEFA verəcək.
Fanat.Az