"Şerif"in "Qarabağ"a vurduğu qol ən yaxşı seçildi - VİDEO
Moldovanın "Şerif" klubunun avqustda vurduğu ən yaxşı qol müəyyənləşib.
Fanat.Az xəbər verir ki, klubun sosial şəbəkə səhifələrində azarkeşlər arasında aparılan sorğuda Frank Kastanyenın Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la görüşdəki qolu birinci olub.
Qeyd edək ki, "Qarabağ" "Şerif"i 2:1 hesabı ilə məğlub edərək III təsnifat mərhələsinə yüksəlib.