Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından daha 3-ü keçirilib.
Fanat.Az xəbər verir ki, III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı penaltilər seriyası ilə mübarizədən kənarlaşdırmış Norveç "Mölde"si Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edib. Oyunda 6 qol vurulsa da, qalib müəyyənləşməyib.
Gözlənilmədən pley-offa vəsiqə qazanan Kiprin "Omoniya" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub və 2 cavabsız qol buraxaraq uduzub. Belçika təmsilçisi "Gent" isə öz meydanında Kiyev "Dinamo"sunun əzmkar qələbəsinə mane ola bilməyib.
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyunlar
23 sentyabr
Mölde (Norveç) – Ferentsvaroş (Macarıstan) 3:3
Qollar: Ceyms, 55. Eykrem, 65. Ellinqsen, 83 – Boli, 7. Uzuni, 52. Xaratin, 87.
Olimpiakos (Yunanıstan) – Omoniya (Kipr) 2:0
Qollar: Valbuena, 69. El Arabi, 90+2.
Gent (Belçika) – Dinamo (Kiyev, Ukrayna) 1:2
Qollar: Kleindienst, 41 – Supriaqa, 9. De Pena, 79.
Komandaların cavab duelləri sentyabrın 29-da gerçəkləşəcək.
Qeyd edək ki, ilk oyun günündə "Krasnodar" Rusiyada Yunanıstan PAOK-unu, Avstriya "Zaltsburq"u İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"ni 2:1 hesabı ilə yenib. "Slaviya" isə Praqada Danimarka "Midtülland"ı ilə qolsuz heç-heçə edib.
Fanat.Az