Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşəhər" matçı təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bununla bağlı qərarı UEFA qəbul edib.
Oyunun hakimləri dəyişdiriləcək və matç bu gün qaldığı yerdən davam etdiriləcək.
Qeyd edək ki, matçın 14-cü dəqiqəsində dördüncü hakim - rumıniyalı Sebastian Koltsesku "Başakşəhər"in köməkçi-məşqçisi Pyer Veboya qarşı irqçilik edib. Referi Ovidiu Hatseqa isə ayrıseçkiliyə məruz qalmış 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Yolverilməz ifadəyə görə baş məşqçi Okan Buruk Türkiyə komandasını meydandan çıxarıb. Demba Ba da öz növbəsində dördüncü hakimə yaxınlaşaraq iradlarını bildirib.
Fanat.Az