Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə bu raundda üz-üzə gələcək cütlüklər müəyyənləşib.
1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək. Qrup qalibləri ilk matçı səfərdə, ikinci oyunu isə evdə keçirəcək.
Çempionlar Liqası, 1/8 final
"Borussiya” (Münhenqladbax, Almaniya) - "Mançester Siti” (İngiltərə)
"Latsio” (İtaliya) - "Bavariya” (Almaniya)
"Atletiko” (İspaniya) - "Çelsi” (İngiltərə)
"Leypsiq” (Almaniya) - "Liverpul” (İngiltərə)
"Porto” (Portuqaliya) - "Yuventus” (İtaliya)
"Barselona” (İspaniya) - PSJ (Fransa)
"Sevilya” (İspaniya) - "Borussiya” (Dortmund, Almaniya)
"Atalanta” (İtaliya) - "Real” (İspaniya)
Fanat.Az