Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
Həftənin ən maraqla gözlənilən oyunu İspaniyada gerçəkləşib. "Barselona” Fransa çempionu PSJ-ni qəbul edib. Lionel Messi penaltidən hesabı açsa da, qonaqlar 4 qol vuraraq Kataloniya komandasının 1/4 finala yüksəlmək şansını minimuma endirib.
Günün ikinci qarşılaşmasında İngiltərə "Liverpul"u Almaniya "Laypsiq"inin qonağı olub. İlk yarısı qolsuz keçən oyunun ikinci hissəsində 2 cavabsız top vuran ingilislər cavab matçı ərəfəsində böyük üstünlük qazanıb.
Qeyd edək ki, 1/8 finalın digər iki oyunu bu gün keçiriləcək. Portu Portuqaliyada İtaliya "Yuventus"unu, "Sevilya" isə İspaniyada "Almaniya"nın "Borussiya” (Dortmund) komandasını qəbul edəcək.
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
16 fevral
Laypsiq - Liverpul 0:2
Qollar: Məhəmməd Salah, 53. Sadio Mane 58.
Barselona - PSJ 1:4
Qollar: Lionel Messi, 26-pen - Kilian Mbappe, 32; 65; 85. Moyze Kin, 70.