Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
"Atletiko” pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə "Çelsi”ni qəbul edib. La Liqanın lideri "zadəganlar"a minimal hesabla yenilərək 1/4 finala yüksəlmək şansını azaldıb.
Digər oyunda isə "Bavariya” "Latsio"nun qonağı olub. Münhen təmsilçisi səfərdə darmadağın reallaşdıraraq cavab qarşılaşmasını formallığa çevirib.
Qeyd edək ki, 1/8 finalın əvvəlki görüşlərində PSJ "Barselona"nı 4:1, "Liverpul" "Laypsiq"ə 2:0, "Portu" "Yuventus"a 2:1, "Borussiya" (Dortmund) isə "Sevilya"ya 3:2 hesabı ilə qalib gəlib. Bu mərhələnin digər iki oyunu sabah keçiriləcək. "Real" İtaliyada "Atalanta", "Mançester Siti" Macarıstanın paytaxtı Budapeştdə "Borussiya" (Mönhenqladbax) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
23 fevral
Atletiko (İspaniya) - Çelsi (İngiltərə) 0:1
Qol: Jiru, 71
Baş hakim: Feliks Brix (Almaniya).
Buxarest, "Nasional” stadionu.
Latsio (İtaliya) - Bavariya (Almaniya) 1:4
Qollar: Korrea, 49 - Levandovski, 9; Musiala, 24; Sane, 42, Acerbi, 47 - avtoqol.
Baş hakim: Orel Qrinfeld (İsrail).
Roma, "Olimpiko Arena".
Fanat.Az