Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Liverpul" ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi Almaniya "Laypsiq"ini pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da qəbul edib. Çempionatda yenilgiləri sıralayan mersisaydlılar almnaları ikinci matçda da eyni hesabla üstələyərək adını 1/4 finala yazdırıb.
Digər matçda isə PSJ Fransada səfərdə darmadağın etdiyi "Barselona"sı ilə münasibətlərinə aydınlıq gətirib. Katalonlar ilk yarıda inamlı oyun sərgiləsə də, hesabı açan Paris təmsilçisi möcüzə reallaşmasına imkan verməyib. "Barsa"nın 1:1-dən artığına gücü çatmayıb. Beləliklə, PSJ də 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/4 finalın iki iştirakçısı dünən məlum olub. "Borussiya" (Dortmund) və "Portu" növbəti mərhələyə vəsiqə qazanıb. 1/8 finalın digər 4 matçı isə 16 - 17 martda olacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab görüşləri
10 mart
"Liverpul" (İngiltərə) - "Laypsiq" (Almaniya) 2:0
Qollar: Salah, 71, Mane, 74
İlk oyun - 2:0
PSJ (Fransa) - "Barselona" (İspaniya) 1:1
Qollar: Mbappe, 31 -pen. - Messi, 37.
Qaçırılan penalti: Messi, 45+3
İlk oyun - 4:1
Fanat.Az