Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son iki cavab oyunundan biri İngiltərədə, digəri Almaniyada baş tutub.
"Çelsi" İngiltərədə birinci matçda tək qolla yendiyi Madrid "Atletiko"sunu qəbul edib. Tomas Tuxelin yetirmələri öz meydanında da inamlı qələbə qazanaraq adını 1/4 finala yazdırıb. Günün digər qarşılaşmasında "Bavariya" səfərdə darmadağın etdiyi "Latsio" ilə üz-üzə gəlib. Münhen komandası möcüzəyə imkan verməyərək qalib gəlib və növbəti mərhələyə adlayıb.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
"Çelsi" (İngiltərə) - "Altetiko" Madrid (İspaniya) 2:0
Qollar: Ziyex, 34; Emerson, 90+4
İlk oyun - 1:0
"Bavariya" (Almaniya) - "Latsio" (İtaliya) 2:1
Qollar: Levandovski, 33-pen. ; Şupo-Motinq, 73 - Parolo, 82
İlk oyun - 4:1
Qeyd edək ki, daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.
Fanat.Az