Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Fanat.Az xəbər verir ki, İspaniyanın "Real" (Madrid) öz meydanında İngiltərənin "Çelsi" komandasını qəbul edib.
"Alfredo Di Stefano" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. İngiltərə təmsilçisi erkən qol vursa da, madridlilər ilk yarım saat tamam olmamış hesaba tarazlıq gətirib. Oyunda başqa qol olmayıb.
İngiltərəyə ümidlə qayıdan "zadəganlar" öz meydanında daha yaxşı nəticə qazanmaq haqda düşünəcəksə, İspaniya nəhənginin çalışdırıcısı Zinəddin Zidan birinci qarşılaşmadakı çatışmazlıqları aradan qaldırmağın yollarını axtaracaq.
Yarımfinal mərhələsinin digər matçı isə sabah Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları arasında keçiriləcək.
Çempionlar Liqası, yarımfinal
İlk oyun
"Real" (İspaniya) - "Çelsi" (İngiltərə) 1:1
Qollar: Benzema 29 - Pulişiç, 14
Real: Tibo Kurtua, Rafael Varan, Eder Militao, Naço, Daniel Karvahal, Marselo, Toni Kroos, Kazemiro, Luka Modriç, Kərim Benzema, Vinisius Juniro.
Çelsi: Eduard Mendi, Tyaqo Silva, Andreas Kristensen, Antonio Rudiger, Ben Çilluel, Sesar Aspilikueta, Nqolo Kante, Jorjinyo, Meyson Maunt, Kristian Pulişiç, Timo Verner.
Qeyd edək ki, cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.
Fanat.Az