Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Real” (İspaniya) – "Çelsi” (İngiltərə) oyununun ən yaxşı futbolçusu məlum olub.
Fanat.Az xəbər verir ki, bu ada "Çelsi”nin fransız yarımmüdafiəçisi Nqolo Kante layiq görülüb.
UEFA-nın texniki müşahidəçisi Hines Karvahal qurumun saytına açıqlamasında bildirib ki, "O, həm müdafiədə, həm də hücumda parlaq şəkildə çıxış edib, komandaya lazım olan tarazlığı yaratdı. Meydanın hər nöqtəsindən topu götürüb paslar verir, xətlər arasından yaxşı keçərək müdafiədən hücuma sürətli keçidləri təmin etdi. Kante matçı əla keçirdi".
Qeyd edək ki, "Real” – "Çelsi” oyunu 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasındakı cavab oyunu mayın 5-də, Londonda keçiriləcək.
Röya