Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, turnirin ilk finalçısı İngiltərədə bəlli olub.
"Mançester Siti" doğma meydanda PSJ-ni qəbul edib. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq. İlk matçda zəfərə sevinən "şəhərlilər" bu dəfə də iddiasını ortaya qoyub. 2:0 hesablı qələbə ilə rəqibini mübarizədən kənarlaşdıran Pep Qvardiolanın komandası tarixində ilk dəfə ÇL-in finalına çıxıb.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
4 may
"Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) 2:0
Qollar: Riad Mahrez, 11; 63
Qırmızı vərəqə: Anxel Di Maria
İlk oyun - 2:1
Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Çelsi" ilə üz-üzə gələcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Fanat.Az
Fanat.Az