Çempionlar Liqasının yarımfinal matçında "Çelsi" "Real Madrid"i 2:0 hesabı ilə yenərək finala adını yazdırıb.
Fanat.Az xəbər verir ki, bu uğur London klubunun baş məşqçisi Tomas Tuxel üçün əlamətdar olub.
47 yaşlı mütəxəssis Çempionlar Liqasının tarixində iki il ard-arda fərqli klublarla finala adlayan ilk məşqçi olub.
Alman çalışdırıcı ötən il PSJ ilə turnirin finalına qədər irəliləmiş, həlledici görüşdə "Bavariya"ya 0:1 hesabı ilə uduzaraq kuboku əldən vermişdi.
Qeyd edək ki, onun hazırki klubu "Çelsi" Çempionlar Liqasının finalında "Mançester Siti" ilə qarşılaşacaq.
Röya