"Çelsi"nin qapıçısı Eduard Mendi Çempionlar Liqasında iştirak etmiş ingilis qapıçılar arasında rekordu yeniləyib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, o, buna turnirin yarımfinal mərhələsində "Real Madrid"lə (2:0) cavab görüşündən sonra nail olub.
Seneqallı əlcək ustası sözügedən qarşılaşmada qapısını toxunulmaz saxlayaraq "quru" oyunlar seriyasını 8-ə çatdırıb. Bununla da 29 yaşlı futbolçu ÇL tarixi boyunca turnirdə iştirak etmiş bütün İngiltərə klublarının qapıçılarını geridə qoyub.
Qeyd edək ki, "Real Madrid"i 2:0 hesabı ilə yenən "Çelsi" Çempionlar Liqasının finalına yüksəlib. "Zadəganlar" həlledici görüşdə PSJ-ni üstələyən "Mançester Siti" ilə qarşılaşacaqlar.
Röya