Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" klubu sabah turnirin I təsnifat mərhələsində Tbilisi "Dinamo”su ilə qarşılaşacaq.
Fanat.Az olaraq "Neftçi" klubu əlaqə saxladıq və oyunöncəsi komandada vəziyyətin necə olduğunu soruşduq.
Paytaxt təmsilçisinin mətbuat katibi Rüstəm Allahverdiyev saytımıza açıqlamasında bildirdi ki, komandada hazırda vəziyyət yaxşıdır:
"Bu gün öyunöncəsi son məşqimizə çıxacağıq. Saat 19:30-da mətbuat konfransı, ardı ilə 20:00-da açıq məşqimiz olacaq. Heyətlə bağlı problemimiz yoxdur. Zədəsi olan futbolçumuz yoxdur. Bütün komanda olaraq sabahkı oyuna köklənmişik".
Qeyd edək ki, "Dinamo” (Tbilisi) - "Neftçi" görüşü iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu komandalar arasında cavab matçı iyulun 14-də "Bakcell Arena”da keçiriləcək.
Röya Kərimli