"Neftçi" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.
Fanat.Az-ın məlumatına görə, "ağ-qaralar" 7 ildən sonra qitənin əsas klub turnirində qüvvəsini sınayıb.
Flaqman I təsnifat mərhələsində Gürcüstanın ən titullu klubu olan Tiflis "Dinamo"su ilə qarşılaşıb. Boris Payçadze adına "Dinamo Arena”da baş tutan qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb. Oyunu israilli FIFA referisi David Fuksman idarə edib.
Hesabı açan bakılılar sonradan qapılarında qol görsələr də, evə çətin qələbə ilə dönməyi bacarıblar. Ümumilikdə rəqibindən üstün görünməyən, matçın sonlarında müdafiədə daha çox vaxt keçirən "ağ-qaralar" istənilən halda, əsas olanı edib. Azərbaycan Premyer Liqasının son qalibi penaltidən qol vuraraq daha çox qapısının toxunulmazlığının qeydinə qalıb. Bakılılar meydan sahiblərinin aramsız hücumlarından birində dirəyə dəyən topun həyəcanı fonunda qələbəni rəsmiləşdirib.
Qarşılaşmanın keçirildiyi stadionun təqribən 40 faizində azarkeşlər gözə dəyib. Pandemiya ilə əlaqədar bütün fanatlar qoruyucu maska taxıb və digər pandemiya şərtlərinə əməl edib. Hər iki komandanın rəsmi fan-klubları stadiona buraxılmayıb. Matçı yalnız bileti olan azarkeşlər izləyə bilib.
Bu cütün qalibi II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə yoluna Konfrans Liqasında davam edəcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyun
7 iyun
20.00 Dinamo (Tbilisi, Gürcüstan) - Neftçi (Azərbaycan) 1:2
Qollar: Zoran Maruşiç 36 - Namiq Ələsgərov 23, Emin Mahmudov, 56-pen.
Hakimlər: David Fuksman, Nati Dotan, Matityahu Yakobov, İdan Leiba (İsrail).
UEFA nümayəndəsi: Lukas Soyski (Polşa).
Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya).
Tbilisi, Boris Payçadze adına "Dinamo Arena”.
Dinamo: 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Georgi Qabedava, 12. Levan Xarabadze, 15. Georgi Papava (k), 19. Simon Qbeqnon, 21. Georgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani.
Ehtiyat oyunçular: 13. Omar Migineişvili, 3. Aleksandr Kalandadze, 5. Davit Koburi, 17. Tornike Axvlediani, 18. Barnes Osey, 24. Nodari İaşvili, 25. Tornike Morçiladze, 27. Anzor Mekvabişvili, 38. Nodari Kavtaradze.
Baş məşqçi: Kaxaber Sxadadze.
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 20. Mert Çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.