17:45 09.07.2021 1038

Diniyevdən "Neftçi"yə tövsiyyə: "Üzərində işlənməli problemlər var"

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Neftçi" Tbilisi "Dinamo"sunu səfərdə 2:1 hesabı ilə məğlub edib. 

Millimizin sabiq baş məşqçisi, Azərbaycanın tanınmış futbol mütəxəssisi Şahin Diniyev sözügedən qarşılaşmanı Fanat.Az üçün şərh edib. 

"Xoş təəssurat oyatdı. Nəticə olaraq qalib gəldik. Amma oyun baxımından böyük problemlər vardı. Əslində bunları oyundan əvvəl demək lazımdır ki, sonra mənası olmayacaq. Müdafiədə aşkar boşluqlar var. Gürcülər qapımız qarşısında çoxlu qol vəziyyəti yaratdılar. Hücumda da anlaşma yaxşı səviyyədə deyil. Həm hücumun qurula bilməməsi, həm də müdafiədə boşluqların olması üzücüdür. Mən bu məsələyə azarkeşlərdən fərqli olaraq iki tərəfli - həm məşqçi, həm də izləyici kimi yanaşıram. Ona görə daha detallı şəkildə deyəcəyəm. Yay fasiləsində keçən təlim-məşq və yoldaşlıq görüşlərindən sonra komanda hələ tam oturuşmayıb. Yoxlanış oyunları heç, bu oyunlarda yanaşma tamam fərqli olur. Üstəlik Gürcüstanda hazırda oyunların qızğın vaxtıdır deyə "Dinamo" nisbətən hazırlıqlıdır. Buna görə də gələn oyuna hazırlaşanda, bu məqamlara diqqət yetirmək lazımdır. "Neftçi"də əslində mərhələni keçməyə köməklik göstərəcək bacarıqlı futbolçular var. Sadəcə olaraq, sadaladığım məqamlara diqqət yetirmək lazımdır". 

Diniyev oyunun azarkeşsiz keçməsinin nəticəyə təsir etməyəcəyini də vurğulayıb: "Azarkeşlərin gəlib-gəlməməsi oyunun taleyinə elə də təsir etməyəcək. Klublar uzun müddətdir ki, azarkeşsiz, boş tribunalar önündə oynamağa alışıb. Əlbəttə ki, izləyici üçün futbolun ləzzəti azarkeşlərdir. Amma reallıq budur ki, tribunaların dolu, ya da boş olacağı sual altındadır və klubda üzərində işlənməli olan daha vacib problemlər var".
 
Qeyd edək ki, "Neftçi" - "Dinamo" (Tbilisi) oyunu 14 iyulda "Bakcell Arena"da keçiriləcək. Görüş Bakı vaxtı ilə 21:00-da start götürəcək. 
 
Emin Şəmsiyev
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X