Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 7 görüşü keçiriləcək.
Fanat.Az xəbər verir ki, bununla da raundun ilk oyunlarına yekun vurulacaq.
"Olimpiakos" - "Neftçi" cütü üçün iki qarşılaşma mühüm əhəmiyyət kəsb edir. Bu cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
18:00. "Kayrat" (Qazaxıstan) - "Srvena Zvezda" (Serbiya)
21:00. "Malmö" (İsveç) - HİK (Helsinki, Finlandiya)
22:00. Mura” (Sloveniya) - "Lüdoqorets” (Bolqarıstan)
22:30. "Slovan” (Slovakiya) - "Yanq Boyz” (İsveçrə)
23:00. PSV (Niderland) - "Qalatasaray" (Türkiyə)
23:00. "Olimpiakos” (Yunanıstan) - "Neftçi” (Azərbaycan)
23:00. "Legiya” (Polşa) - "Flora” (Estoniya)
Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu ötən gün keçirilib.