Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə üç görüş reallaşıb.
“Monako” öz meydanında Donetsk “Şaxtyor”una minimal hesabla uduzub.
3-cü mərhələdə Serbiyanın “Srvena Zvezda”nı mübarizədən kənarlaşdıran “Şerif” bu dəfə "doğma divarlar arası"nda Zaqreb “Dinamo”sunu darmadağın edib.
“Zalsburq” isə Avstriyada “Brondbü” üzərində əzmkar qələbə qazanıb.
Pley-off mərhələsinin digər oyunları sabah keçiriləcək.
Çempionlar Liqası
Pley-offun ilk oyunları
17 avqust
Monako (Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) 0:1
Şerif (Moldova) – Dinamo (Zaqreb, Xorvatiya) 3:0
Zalsburq (Avstriya) – Brondbü (Danimarka) 2:1
Nihat