Çempionlar Liqasının A qrupunda mübarizə aparan PSJ I turda "Brügge"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fransa təmsilçisinin baş məşqçisi Maurisio Poçettino (Mauricio Pochettino) oyundan narazı qaldığını bildirib.
"Oyunumuzdan razı ola bilmərik. Futbolçuların heç biri lazımı tərzdə oynamadı. Hədəfimiz bir yox, daha çox xal toplamaqdır. "Brügge"yə əhsən. Heç-heçəyə layiq idilər. Daha çox istək göstərdilər.
Messi, Neymar və Mbappe arasında düzgün anlaşma qurmaq üçün vaxt lazımdır. Artıq bu barədə danışmışıq. Komandanı formaya salmaq üçün vaxt gərəkdir."
Xatırladaq ki, komandalar arasında növbəti görüşü dekabr ayının 7-si Parisdə keçiriləcək.
Emin Şəmsiyev
1WİN qazandırır! 500% Bonus! Promokod: FanBet