Bu gün PSJ Çempionlar Liqasında qrup mərhələsinin II turunda "Mançester Siti" ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, Fransa təmsilçisinin zədəli hücumçusu Lionel Messi və yarımmüdafiəçisi Marko Veratti sözügedən qarşılaşmada iştirak edə bilərlər.
Hər iki futbolçunun adı görüşün iştirak ərizəsində qeyd olunub.
Xatırladaq ki, A qrupunda mübarizə aparan komandaların görüşü Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Röya