Azərbaycanın U-19 millisinin üzvü Berkay Vardar "Beşiktaş"ın əsas heyətində debüt edib.
Fanat.Az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında meydana çıxıb.
Belə ki, "Beşiktaş" bu gün qrup mərhələsinin II turunda "Ayaks"ın qonağı olub. Heyətində çox sayda zədəli futbolçu olan komandanın baş məşqçisi Sergen Yalçın Berkay Vardarın adını heyətə daxil edib. Millimizin üzvü 73-cü dəqiqədə Umut Merasın yerinə meydana çıxıb.
Qeyd edək ki, oyun "Ayaks"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.