Ötən gün ÇL-in qrup mərhələsinin II turunda "Vilyarreal"ı öz meydanında 2:1 hesabı ilə məğlub edən "Mançester Yunayted" azarkeşləri oyundan sonra maraqlı müsabiqə keçirib.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bir neçə azarkeş komandanın portuqaliyalı ulduzu Kriştianu Ronaldunun (Cristiano Ronaldo) qol sevincini təkrarlamaq üzrə yarış təşkil ediblər.
Ronaldunun qol sevincini ən yaxşı təkrarlayan azarkeş bir neçə pint (stəkan) pivə ilə mükafatlandırılıb.
Həmin yarışın qısa videofraqmentini təqdim edirik:
Xatırladaq ki, sözügedən qarşılaşmada "Mançester Yunayted"in qələbə qolunu oyunun 90+5-ci dəqiqəsində məhz Kriştianu Ronaldu vurub.
Emin Şəmsiyev