Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 qrupda ümumilikdə 8 görüş keçirilib.
C qrupunda mübarizə aparan "Beşiktaş" öz meydanında Portuqaliya "Sportinq"ə 1:4 hesabıyla yenilib. Bu qrupda "Borussiya"nın Amsterdam səfərində darmadağınla üzləşməsi bir qədər gözlənilməz nəticə sayılıb.
Gecənin maraqlı görüşü isə B qrupunda "Liverpul" ilə "Atletiko Madrid" komandaları arasında reallaşıb. İngiltərə nəhəngi əzmkar qələbəyə sevinib. Portuqaliyadan xalsız ayrılması "Milan"ın onsuz da az olan növbəti mərhələ perspektivlərini müşkülə çevirib.
D qrupunda mövsümün sürpriz komandası "Şerif" qonaq qismində "İnter"ə yenilibsə, "Real Madrid" Ukraynada "Şaxtyor"un qapısından 5 cavabsız qol keçirib.
Çempionlar Liqası, qrup mərhələsi
III tur
19 oktyabr
A qrupu
Brügge (Belçika) – Mançester Siti (İngiltərə) 1:5
Qollar: Vanaken, 81 – Kanselo, 30. Mahrez, 43-pen; 84. Uolker, 53. Palmer, 67.
PSJ (Fransa) – Layptsiq (Almaniya) 3:2
Qollar: Mbappe, 9. Messi, 67; 74-pen – A.Silva, 28. Mukiele, 57.
S | Komanda | O | Q | H | M | V | B | F | X | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | PSJ | 3 | 2 | 1 | 0 | 6 | 3 | 3 | 7 | |
2 | Mançester Siti | 3 | 2 | 0 | 1 | 11 | 6 | 5 | 6 | |
3 | Brügge | 3 | 1 | 1 | 1 | 4 | 7 | -3 | 4 | |
4 | Layptsiq | 3 | 0 | 0 | 3 | 6 | 11 | -5 | 0 |
1/8 final | Avropa Liqası |
---|
B qrupu
Atletiko (İspaniya) – Liverpul (İngiltərə) 2:3
Qollar: Qrizmann, 20; 34 – Salah, 8; 76-pen. Keyta, 13.
Portu (Portuqaliya) – Milan (İtaliya) 1:0
Qollar: L.Dias, 65.
S | Komanda | O | Q | H | M | V | B | F | X | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Liverpul | 3 | 3 | 0 | 0 | 11 | 5 | 6 | 9 | |
2 | Atletiko | 3 | 1 | 1 | 1 | 4 | 4 | 0 | 4 | |
3 | Portu | 3 | 1 | 1 | 1 | 2 | 5 | -3 | 4 | |
4 | Milan | 3 | 0 | 0 | 3 | 3 | 6 | -3 | 0 |
1/8 final | Avropa Liqası |
---|
C qrupu
Beşiktaş (Türkiyə) – Sportinq (Portuqaliya) 1:4
Qollar: Larin, 24 – Koates, 15; 27. Sarabiya, 44-pen. Paulinyo, 89.
Ayaks (Niderland) – Borussiya (Dortmund, Almaniya) 4:0
Qollar: Roys, 11-öz qapısına. Blind, 25. Antoni, 57. Haller, 72.
S | Komanda | O | Q | H | M | V | B | F | X | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Ayaks | 3 | 3 | 0 | 0 | 11 | 1 | 10 | 9 | |
2 | Borussiya | 3 | 2 | 0 | 1 | 3 | 5 | -2 | 6 | |
3 | Sportinq | 3 | 1 | 0 | 2 | 5 | 7 | -2 | 3 | |
4 | Beşiktaş | 3 | 0 | 0 | 3 | 2 | 8 | -6 | 0 |
1/8 final | Avropa Liqası |
---|
D qrupu
Şaxtyor (Ukrayna) – Real (İspaniya) 0:5
Qollar: Krivtsov, 37-öz qapısına. Vinisius, 51; 56. Rodriqo, 65. Benzema, 90+1.
İnter (İtaliya) – Şerif (Moldova) 3:1
Qollar: Dzeko, 34. Vidal, 58. De Vrey, 67 – Till, 52.
S | Komanda | O | Q | H | M | V | B | F | X | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Şerif | 3 | 2 | 0 | 1 | 5 | 4 | 1 | 6 | |
2 | Real Madrid | 3 | 2 | 0 | 1 | 7 | 2 | 5 | 6 | |
3 | İnter | 3 | 1 | 1 | 1 | 3 | 2 | 1 | 4 | |
4 | Şaxtyor | 3 | 0 | 1 | 2 | 0 | 7 | -7 | 1 |
1/8 final | Avropa Liqası |
---|
Qeyd edək ki, III turun digər 8 qarşılaşması oktyabrın 20-də gerçəkləşəcək.