Milan "İnter"inin hücumçusu Edin Dzeko Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Şerif" üzərində qazandıqları qələbədən (3:1) danışıb.
Fanat.Az xəbər verir ki, ön xətt oyunçusunun İtaliyada baş tutan görüşdən sonra dediklərini jurnalist Daniele Mari belə çatdırıb:
"İlk iki oyunda cəmi bir xal qazanmışdıq. Qalib gəlmək çox vacib idi. Bu qələbə sayəsində qrupdan çıxmaq şanslarımızı davam etdirdik. Vurduğum qol gözəl alındı? Bəzən belə də olur. Ən önəmlisi qələbədir".
Qeyd edək ki, Dzeko "Şerif"lə oyunun 34-cü dəqiqəsində baxınlı qolla hesabı açıb.
Nihat