"Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasında Kiyev "Dinamo"suna qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, onun "Kamp Nou"dakı 1:0 hesablı qələbədən sonra söylədiklərini "Marca" belə çatdırıb:
"Fasilədən sonra üç real qol imkanımız oldu. Rəqibi belə tez-tez bağışlamaq olmaz. Başımızla risk etdiyimiz halda, ikinci qolu vura bilmədik. Xoşbəxtlikdən müdafiədə inamlı göründük. Nə qədər yaxşı oynasan da, istənilən anda qapından bir top buraxa bilərsən. Matçın bir saatı geridə qalana qədər hesab 2:0 və ya 3:0 olmalıydı. Qələbədən sonra evə məyus gedən insanları anlayıram. "Barselona" belə matçda bu qədər qol imkanı yaxalayırsa, rəqib qapısına bir yox, bir neçə dəfə yol tapmalıdır".
Qeyd edək ki, oyundakı yeganə qola Jordi Albanın assistentliyi ilə Jerar Pike imza atıb.
Nihat