Çempionlar Liqasında qrup mərhələsinin III tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, mübarizə Avstriya "Zaltsburq"undan Noa Okafor, Niderland "Ayaks"ından Deyli Blind, İngiltərə "Liverpul"undan qapıçı Alisson Beker və Portuqaliya "Sportinq"indən Sebastyan Koates arasında keçəcək.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədən sonra bəlli olacaq.