"Real Madrid"in hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında - PSJ ilə Madriddə keçirdikləri görüşdə (3:1) het-trik etməsindən danışıb.
Fanat.Az xəbər verir ki, öz meydanında 1:0 hesablı qələbə qazanan Paris təmsilçisinin qapısına İspaniyada 3 qol vuraraq komandasını 1/4 finala daşıyan Benzemanın söylədiklərini "Marca" belə çatdırıb:
"Ola bilsin ki, bu, mənim "Real"dakı ən yaxşı oyunlarımdan biri idi... Mən "Liverpul"la Çempionlar Liqasının finalındakı qarşılaşmanı da ən yaxşılardan biri sayıram... PSJ ilə oyun hamımız üçün çox vacib matç statusu daşıyırdı. Təbii ki, belə qarşılaşmada 3 qol vura bildiyim üçün qürurluyam. Bunu komanda yoldaşlarımın dəstəyi sayəsində bacardım. Bizim üçün sehrli gecə idi".
Nihat